Sumqayıt Təhsil Şöbəsi: Azər İlyasovun ürəyinin divarında qalınlaşma olub

741

Sumqayıt şəhər Təhsil Şöbəsinin müdir əvəzi Vaqif Ələkbərov bu gün səhər saatlarında Sumqayıt şəhərində dərs zamanı şagirdin dünyasını dəyişməsi ilə bağlı hadisənin təfərrüatlarını açıqlayıb. O, Trend-ə bildirib ki, 17 saylı orta məktəbin şagirdi, 1996-cı il təvəllüdlü İlyasov Azad Tariyel oğlunun ürəyinin divarında qalınlaşma olub. Bunu ona mərhumun valideynləri bildiriblər. Həmin şagird bu gün səhər tezdən özünü evdə pis hiss edib, valideynləri dərman verərək ona məktəbə getməməyini məsləhət görsələr də, İlyasov dərsə gedib.

“Bu gün məktəbin müəllimləri də şagirdin yas mərasimində iştirak ediblər. Şagirdin valideynləri etiraf ediblər ki, bu ölümə görə heç kəs günahkar deyil, onların övladlarının ürəyinin divarında qalınlaşma problemi çoxdan olub, lakin hər dəfə dərman verməklə bu problemi müvəqqəti aradan qaldırıblar”, – müdir əvəzi deyib.

Şagirdin məktəbin stadionunda ölməsinə gəldikdə isə, Ələkbərov İlyasovun stadionda deyil, məktəbin həyətində dünyasını dəyişdiyini bildirib və deyib ki, şagird ürəyində problemi olduğu üçün ilk dərsə 10-15 dəqiqə gecikib. Onun birinci dərsi ingilis dilli idi.

“Məktəbin həyətinə giriş iki yerdəndir. O, məktəbin həyətinə daxil olarkən həyətdə bədən tərbiyəsi müəllimləri başqa siniflərin şagirdlərinə dərs deyiblər. Bu şagird onların gözünün qabağında büdrəyərək yıxılıb”, – o deyib.

Ələkbərov bildirib ki, bədən tərbiyəsi müəlimləri şagirdin ayağa qalxmadığını gördükdə ona yaxınlaşıb və ilkin tibbi yardım göstərməyə cəhd ediblər. Hadisə baş verəndən təcili tibbi yardım maşını gələnə qədər 20-25 dəqiqə vaxt keçib. Briqada hadisə yerinə çatanda isə şagird artıq dünyasını dəyişmişdi.

Müəllimin İlyasova dərsə gecikdiyinə görə cəza kimi məktəbin həyətində qaçmağı əmr etməsi ilə bağlı yayılan məlumatlara gəldikdə, Ələkbərov belə xəbərlərin böhtan olduğunu bildirib.
Təhsil şöbəsinin müdir əvəzi onu da əlavə edib ki, Sumqayıt şəhərinin məktəb direktorları ilə dünən planlaşdırılan, lakin bu gün keçirilən iclasda məktəb direktorlarına hər bir şagirdə diqqətlə yanaşmaları, onların səhhəti ilə maraqlanmaları tövsiyə edilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • Mustafa Eraslan
    May 16, 2013 - 09:39

    Sumqayıt şəhər Təhsil Şöbəsinin müdir əvəzi Vaqif Ələkbərov !bəsti yalan məlumatlar deyirsis ,adamda VİJDAN olar o boyda şagirdi itirmişiy………hec olmasa xəbərlərə də bağin…ALLAH RƏHMƏT ELƏSİN…

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər