Sumqayıt Təlim-Tədris Mərkəzinin ilk məzunları «Azərikimya»da işə qəbul olunublar

624

ARDNŞ-ın Təlim-Tədris və Sertifikatlaşdırma İdarəsinin Sumqayıt Təlim-Tədris Mərkəzinin ilk məzunlarının – tornaçıların böyük bir dəstəsi bu günlərdə «Azərikimya» İstehsalat Birliyinin müəssisələrinə işə qəbul olunublar.

“Azərkimya”dan “APA-Economics”ə verilən məlumata görə, müasir peşə tədrisi proqramı üzrə 6 ay ərzində mükəmməl ixtisas təhsili almış gənclər birliyin müxtəlif mexaniki-təmir sexlərində 2 aylıq təcrübə keçdikdən sonra birliyin aparıcı mütəxəssislərindən ibarət komissiya qarşısında uğurla imtahan verərək, tornaçı peşəsinə mükəmməl yiyələndiklərini və dəzgah arxasında sərbəst işləməyə qadir olduqlarını sübut ediblər.

Həm nəzəri, həm də praktiki cəhətdən kifayət qədər bilik və təcrübə əldə etmiş gənc tornaçılar artıq bir neçə gündür Etilen-polietilen zavodunun mexaniki və texnoloji avadanlıqların təmiri sexində, Təmir-tikinti İdarəsinin avadanlıq­ların təmiri və xidməti sexində və Mexaniki-təmir zavodunun mexaniki-təmir sahələrində tornaçı kimi əmək fəaliyyətinə başlayıblar.

Kimyaçılar kollektivinin 21-27 yaş arasında olan yeni üzvləri digər iş yoldaşları kimi müvafiq iş geyimləri və fərdi qoruyucu vasitələrlə təmin olunub, texniki təhlükəsizlik qaydaları ilə bağlı təlimatlar alıblar. Gənc fəhlələrin hər birinə müvafiq tornaçı dərəcəsi verilib. İş zamanı onların yemək xərclərinin Birlik tərəfindən ödənilməsi də təmin edilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər