Sumqayıt Texnologiyalar Parkı: Fəhlənin ölüm xəbəri böhtandır

1175

Sumqayıtda baş vermiş ölüm xəbəri ilə bağlı Texnologiyalar Parkı xəbər yayıb.

Parkdan Trend-ə verilən məlumatda qeyd olunur ki, fəhlənin ölüm xəbəri böhtandır. Zavoddan bildiriblər ki, adıçəkilən yerdə hər hansı bir səbəbdən ölüm və ya qəza hadisəsi baş verməyib:

“17 noyabr 2018-ci il tarixdə bir neçə media qurumu Quluzadə Fərhad Mətləb oğlunun Sumqayıt Texnologiyalar Parkının zavodlarının birində hündürlükdən yıxılaraq həlak olması barədə məlumat yayıb.

 Bununla bağlı bildiririk ki, yayılan məlumatlarda adı çəkilən şəxs Sumqayıt Texnologiyalar Parkında fəaliyyət göstərmir. Ümumiyyətlə, zavod ərazisində hər hansı bir səbəbdən ölüm və ya qəza hadisəsi baş verməyib”.

Qeyd edək ki, bir neçə gün öncə bəzi KİV-lərdə 1991-ci il təvəllüdlü Yasamal rayon sakini Quluzadə Fərhad Mətləb oğlu STP (Sumqayıt Texnologiyalar Parkı) ərazisində işlədiyi zavodların birində hündürlükdən yıxılaraq öldüyü xəbəri yayılmışdı. Hadisənin ehtiyatsızlıq ucbatından baş verdiyi deyilirdi.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər