Sumqayıt Texnologiyalar Parkı Frez / Torna sahəsinin ustası vəzifəsinə işçi axtarır.
Vəzifə öhdəlikləri:
• Təyin olumuş müddətdə məmulat istehsalının həcmi, keyfiyyəti, verilmiş nomenklatura, məmulatın vahidinə sərf olunan xərclərin aşağı salınmasına görə istehsalat tapşırıqlarının növbə tərəfindən yerinə yetirilməsini təmin etməli;
• İstehsalatın vaxtlı-vaxtında hazırlığını, yarımfabrikatların elektron şəkildə sexlərarası ötürülməsi cədvəlini formalaşdırmalı;
• İstifadə olunan materialların, yarımfabrikatların, alətlərin sexdə qorunmasını təmin etməli;
• Daxili nizam-intizam qaydalarının tələbini, əmək mühafizəsi qaydalarını, yanğın təhlükəsizliyini, texniki təhlükəsizlik qaydalarını, istehsalat mədəniyyətinə riayət etməli;
• Növbələrə görə aylıq istehsalat tapşırıqlarını hazırlayır və sənədləşdirməli;
• İstehsalat rejimində, cari və yeni texnoloji proseslərdə iştirak etməli;
• Görüləcək işlərin və ya istehsal olunacaq məhsulun təminini, məhsulun keyfiyyətinin qalxması və yararsız məhsulun buraxılmasına görə tədbirləri təmin etməli;
• Sexin davamlı işləməsini, iş normalarının yerinə yetirilməsini təmin etməli;
• İş vaxtı hesabatı,işlənmə və işdən qalmanın avtomatlaşdırılmış sistemlə gündəlik və düzgün ilkin sənədləşdirməsini təmin etməli;
• İş zamanı çıxan məhsulun keyfiyyətinə nəzarət etməli;
• İş zamani texniki təhlükəsizlik qaydalarına riayət etməli;
• Sistemin əsas prinsiplərini, istehsalat sanitariyasını, tabeçiliyində olan işçilərin əmək mühafizəsi qayda və normalarına riayyətini, sexdə işin gedişinin təhlükəsizliyini təmin etməli;
• Əmək haqqını, qiymətləndirməni düzgün və təqdirəlayiq sistemləşməsini,təyin olunmuş qaydada əmək xərclərinin vaxtı–vaxtında yoxlanışını təmin etməli;
• Kollektivdə tərbiyə işinin aparılmasını, əlavə və yanaşı peşənin öyrədilməsini, işçilərin peşəkarlığını, dərəcələrin qaldırılmasının yoxlanmasını həyata keçirtməli;
• Bədbəxt hadisələrə görə vaxtı – vaxtında xəbərdarlıq təkliflərini qəbul etməli;
• Təyin olunmuş texnoloji əməliyyatların işləməsini elektron aparıcı məlumatlarda, yerinə yetirilməsində iştirak edir. (Məxaric sənədlərin çıxarılışını və sifarişçiyə ötürülməsini, məxaric mallarının hazırlığını, mədaxil olunan sənədlərin qəbulunu və yoxlanmasını);
• Rəhbərliyin siyasətini və müəssisənin inkişfına yönənilən vacib məlumatları tabeçiliyində olan işçilərə çatdırır;
• Materiallardan qənaətçil istifadə olunmasını təşkil etməli;
• Əmək və materiallara sərf olunan xərcləri minimumlaşdırmağa qabaqcadan tədbirlər görməli;
• Sahə ustası konfedensial məlumatları yaymamalıdır.
Təhsil/Təcrübə:
• Orta texniki təhsil (Ali texniki təhsil arzuolunandır);
• Analoji sahədə ən azı 3 il iş təcrübəsi;
• Azərbaycan dilini sərbəst bilməli, İngilis və Rus dillərini sənədləşmə səviyyəsində bilməsi arzuolunandır;
• Cizgiləri(çertyojları) oxumağı bacarmalı, Mazak dəzgahlarında çalışa bilməli;
• CNC Frez dəzgahları üzrə iş təcrübəsi olmalı;
• Dürüst, məsuliyyətli və nizam-intizamlı olmalıdır.
Əlavə məlumatlar:
• Maaş: Razılaşma əsasında;
• Şirkət tərəfindən naharla, nəqliyyatla və korporativ nömrə ilə təmin edilmə;
• E-mail: recruitment@stp.az
Sumqayıt Texnologiyalar Parkı işçi axtarır – VAKANSİYA
•
684