“Sumqayıt Texnologiyalar Parkı”nın törəmə şirkətlərinin rəhbərliyi dəyişib

811

“Sumqayıt Texnologiyalar Parkı” MMC-nin (STP) 3 törəmə şirkətinə yeni direktor təyin edilib.

“Report”un əldə etdiyi məlumata görə, indiyə qədər “STP Alüminium” və “STP-AH” MMC-lərə rəhbərlik edən Parkın keçmiş direktoru Rauf Atakişiyev bu vəzifələrindən də kənarlaşdırılıb, şirkətlərə rəhbərlik müvafiq olaraq Fərhad Əliyevə və Kunuralp Yurterə həvalə olunub.

Bundan başqa, “STP Global Cable” MMC-nin direktoru dəyişib. Bu vəzifədə İdris MustafayevAbdurrahman Gungor əvəz edib.

STP-nin 4-cü törəmə şirkəti – “STP Metal Structures” MMC-nin direktoru Fərid Ağayev isə vəzifəsində saxlanılıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər