Sumqayıt Tibb Mərkəzi 150 şagirdi müayinə edib, hədiyyələr paylayacaq – FOTOLAR

767
Sumqayıt Tibb Mərkəzi (STM) 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə uşaqların sağlamlığının qorunması istiqamətində “Uşaqların sağlamlığının keşiyində” şüarı ilə aksiyaya start verib.
Abşeron-Xızı Regional Təhsil İdarəsinin dəstəyi ilə üç gün davam edəcək aksiyanın ilk günü Mətləb Quliyev adına 3 nömrəli tam orta məktəbdə təşkil edilib.
Aksiyaya ibtidai siniflərdə təhsil alan və tibbi müayinəyə ehtiyacı olan şagirdlər cəlb edilib. Həmin məktəbdə Sumqayıt Tibb Mərkəzinin 3 həkimi – pediatr, oftalmoloq və stomatoloq 50 nəfər şagirdi müayinədən keçirib.
Əlavə müayinəyə ehtiyacı olan şagirdlərə müvafiq tibbi göstərişlər verilib. Müayinədən keçən məktəblilər 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Sumqayıt Tibb Mərkəzi tərəfindən təbrik edilib və onlara hədiyyələr verilib.
Qeyd edək ki, 3 gün davam edən aksiyada ümumilikdə ibtidai siniflərdə təhsil alan 150 şagirdin müayinədən keçirilməsi nəzərdə tutulur.
Aksiyanın növbəti ünvanları iyunun 1-də Sumqayıt şəhər 8 nömrəli tam orta məktəb, iyunun 2-də isə Fəxrəddin Piriyev adına 18 nömrəli tam orta məktəb olacaq.

Sumqayıt Tibb Mərkəzi 150 şagirdi müayinə edib, hədiyyələr paylayacaq - FOTOLAR

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər