Sumqayıt Tibb Mərkəzi tərəfindən əhaliyə 4,5 milyondan çox xidmət göstərilib

269

Sumqayıt Tibb Mərkəzi tərəfindən əhaliyə 4,5 milyondan çox xidmət göstərilib

Sumqayıt Tibb Mərkəzi tərəfindən 2023-cü il üzrə vətəndaşlara göstərilən müraciət və xidmətlərin statistikası açıqlanıb.

Qurumun İctimaiyyətlə əlaqələr bölməsindən verilən məlumata görə, ötən il Mərkəzin tabeliyində olan tibb müəssisələrinə vətəndaşlar tərəfindən 1 milyon 526 min müraciət daxil olub. Bu müraciətlərdən 1 milyon 488 min ambulator, 38 min isə stasionar müraciət olub.

Vətəndaşlara göstərilən tibbi xidmətlərin sayı 4 milyon 549 min təşkil edib.
Bu xidmətlərdən 3 milyon 432 min ambulator, 1 milyon 117 min isə stasionar xidmətdir.

Sumqayıt Tibb Mərkəzi 2023-cü ildə 2022-ci illə müqayisədə 1 milyon 460 min daha çox xidmət göstərilib. Bu isə 47 faiz artım deməkdir.

Müraciət sayında gəldikdə isə 2023-cü ildə vətəndaşlar tərəfindən 223 min sayda daha çox müraciət olub. Bu isə 18 faiz artım deməkdir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər