Sumqayıt Tibb Mərkəzində “20 Yanvar – qürur və qəhrəmanlıq tariximiz” adlı tədbir keçirilib

333
Sumqayıt Tibb Mərkəzində (STM) 20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr edilmiş “20 Yanvar – qürur və qəhrəmanlıq tariximiz” adlı tədbir keçirilib.
Mərkəzin kollektivinin və tabeli tibb müəssiələrinin baş həkimlərinin iştirak etdiyi tədbrdə öncə Azərbaycanın bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan STM-in direktoru Elnur Azadxanov bildirib ki, 1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub, milli müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilib.
Vurğulayıb ki, həmin vaxt Moskvada yaşayan xalqımızın dahi oğlu Heydər Əliyev faciənin ertəsi günü Azərbaycanın daimi nümayəndəliyinə gəlib, Qanlı Yanvar qırğınını törədənləri pisləyən kəskin bəyanatla çıxış edərək xalqımızın başına gətirilən müsibəti dünyaya çatdırıb.
Məhz Ümummilli Lider Heydər Əliyevin bu cəsarətli addımı sayəsində dünyanın mütərəqqi qüvvələri də Azərbaycan xalqının məruz qaldığı bu dəhşətli və amansız terroru qətiyyətlə pisləyib.
STM-in direktor müavini Arzu Bəndəliyeva isə 20 Yanvarın ölkəmizin tarixində təkcə faciə deyil, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü olduğunu vurğulayıb.
A.Bəndəliyeva bu epoxal hadisənin Azərbaycan milli kimliyinin formalaşmasına həlledici təsir göstərdiyini, dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi olduğunu bildirib.
Qanlı Yanvarda xəsarət alan Sumqayıt sakinləri – II qrup əlillər Sahil Əliyev və Seyran Əbdürrrəhmanov dəhşətli gecənin şahidi olaraq xalqımıza qarşı törədilən qətliamı xatırlayıb, həmin gün başlarına gələnlərdən danışıblar.
Tədbirdə 20 Yanvar faciəsindən bəhs edən videoçarx da izlənilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər