“Sumqayıt” üçün “Anji”

1879

“Sumqayıt” yanvarın 5-dən etibarən Premyer Liqanın ikinci yarısı üçün hazırlıqlara start verib.

“Qafqazinfo” xəbər verir ki xəbər verir ki, “kimyaçılar” baş məşqçi Samir Abasovun planına əsasən, hazırlığın ilk hissəsini yanvarın 19-dək Sumqayıtda keçəcək. Bu müddət ərzində “Sumqayıt” iki yoxlama oyununda qüvvəsini sınayacaq. Komanda yanvarın 15-də “Qaradağ Lökbatan”, 18-də isə “Səbail”lə Sumqayıtda üz-üzə gələcək.

“Sumqayıt” hazırlığın ikinci mərhələsini isə yanvarın 21-dən fevralın 4-dək Türkiyədə davam etdirəcək. Təlim-məşq toplanışını Antalyanın Side bölgəsində keçəcək komanda “The Sense De Luxe” hotelində məskunlaşacaq. “Sumqayıt” qonşu ölkədə 4 yoxlama oyunu keçirəcək. Samir Abasovun rəhbərlik etdiyi komanda yanvarın 25-də Polşanın “Poqon”, 28-də Makedoniyanın “Akademiya Pandev”, 31-də Rusiyanın “Anji”, fevralın 3-də isə Serbiyanın “Mladost” klubları ilə qarşılaşacaq.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər