Sumqayıt üçün yeni azarkeş ordusu

965
Sumqayıt” Futbol Klubu Sumqayıt şəhərində yerləşən Özəl Türk Liseyində təhsil alan şagirdlərlə görüş keçirib. Tədbirdə klubun prezidenti Kamran Quliyev, vitse-prezident Vaqif Ömərov komandanın baş məşqçisi Bernhard Raab, komandanın üzvləri Bədavi Hüseynov, Slavik Alxasov, Ramil Həşimzadə, Samir Abdulov və Uğur Pamuk da iştirak ediblər.
Əvvəlcə qonaqları salamlayan Sumqayıt Özəl Türk Liseyinin direktoru Əhməd Camalan tədbir iştirakçılarına rəhbərlik etdiyi təhsil ocağı haqqında geniş məlumat verib. Ölkəmizdə idmana göstərilən qayğıdan danışan liseyin rəhbəri “Sumqayıt” Futbol Klubuna gələcək oyunlarda uğurlar arzulayıb.
Daha sonra “Sumqayıt” Futbol Klubunun prezidenti Kamran Quliyev tədbir iştirakçıları ilə fikirlərini bölüşüb. Sumqayıt şəhərinin ölkəmizə bəxş etdiyi idmançılardan danışan klub rəhbəri komandanın gələcək planları barəsində məlumat verib.
Ardından tədbir iştirakçıları Türk Liseyinin inzibati binası və təhsil ocağının girişində qurulmuş məktəbin muzeyi ilə tanış olub. Əhməd Camalan beynəlxalq arenalarda və olimpiadalarda uğur qazanmış şagirdlər barəsində ətraflı məlumat verib.
Təhsil ocağı ilə tanışlıqdan sonra klubun rəhbərliyi və futbolçuları liseyin şagirdləri ilə görüşüb. Sumqayıt Özəl Türk Liseyinin akt zalında komandanın cari mövsümdə Premyer Liqada vurduğu qollardan hazırlanmış qısa metrajlı film şagirdlərə nümayiş etdirilib.
Film başa çatdıqdan sonra liseyin şagirdləri baş məşqçi Bernhard Raab və futbolçularla söhbətləşib. Ardından şagirdlər arasında viktorina keçirilib. “Sumqayıt” Futbol Klubu haqqında suallara düzgün cavab verən şagirdlər klub tərəfindən hazırlanmış xüsusi hədiyyələrə sahib çıxıb. Sumqayıt Özəl Türk Liseyinin direktoru Əhməd Camalan da öz növbəsində klubun rəhbərliyinə öz hədiyyələrini təqdim edib. Tədbirin sonunda xatirə şəkli çəkdirilib.
Azerisport.az

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər