“Sumqayıt”a 1600 manat cərimə

1034

AFFA İntizam Komitəsinin iclası keçirilib. “Qafqazinfo” xəbər verir ki, bu gün keçirilən iclasda aşağıdakı qərarlar qəbul olunub:

Topaz Premyer Liqasının 4-cü turunun “Qarabağ” – “Sumqayıt” matçının 70-ci dəqiqəsində “Sumqayıt”ın futbolçusu Yusif Nəbiyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur.

Oyun başa çatdıqdan sonra “Sumqayıt” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunur.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər