“Sumqayıt”a əcnəbi baş məşqçi təyin olunub

1003

Aleksey Baqa “Sumqayıt” futbol komandasına baş məşqçisi təyin olunub.
Xeberle.com-un klubun rəsmi saytına istinadən məlumatına görə, 40 yaşlı mütəxəssislə 2,5 illik müqavilə imzalanıb. Belaruslu baş məşqçi yeni vəzifədə Ayxan Abbasovu əvəzləyib.
Qeyd edək ki, Aleksey Baqa futbolçu karyerası dönəmində BATE (Borisov, Belarus), “Dauqava” (Dauqavpils, Latviya) və “Dinamo” (Brest, Belarus) komandalarının sükanı arxasında olub. BATE ilə 2 dəfə Belarus çempionu (2002; 2006), 1 dəfə isə kubokun qalibi (2005/2006) olmuş Baqa məşqçi karyerasına da məhz Borisov təmsilçisində start verib. O, 2011 – 2018-ci illərdə köməkçi-məşqçi, 2018-ci ildə baş məşqçi olub və komandanı Belarus çempionu edib. Növbəti mövsümdə UEFA Avropa Liqasında 1/16 final mərhələsinə kimi irəliləyən BATE həmin mərhələdə İngiltərə “Arsenal”ına məğlub olaraq, mübarizəni dayandırıb.
Bundan başqa, Aleksey Baqa “Jalgiris”ə 2020-ci ildə Litva, “Şaaxtyor” (Soliqorsk) komandasına isə 2021-ci ildə Belarus çempionluğu qazandırıb. O, Qazaxıstan “Aktobe”sinin də baş məşqçisi olub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər