Sumqayıta EUROCITIES şəbəkəsinə qoşulmaq təklif olunub

751

Euroc-Sumgayit3EUROCITIES şəbəkəsinin Vyanada keçirilən işçi qrupunun görüşündə təşkilatın baş ofisinin nümayəndəsi B.Rodriges Sumqayıt şəhərini şəbəkəyə qoşulmağa dəvət edib. B.Rodriges EUROCITIES şəbəkəsinin hazırda öz sıralarını Avropanın yeni qonşuları hesabına genişləndirdiyini, Azərbaycan şəhərlərinin də bu mənada təşkilatın işinə töhfə verə biləcəyini qeyd edib.

EUROCITIES Avropanın böyük şəhərlərini özündə birləşdirən şəhərlər şəbəkəsidir, təşkilata üzv şəhərlərin ən azı 250.000 nəfər əhalisi olmalıdır.

1986-cı ildə yaradılmış təşkilata hazırda Avropanın 30-dan çox ölkəsinin 130 ən iri şəhəri üzvdür. Avropa Birliyinin üzvü olmayan şəhərlər şəbəkəyə yalnız assosiativ üzv kimi qoşula bilərlər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər