Sumqayıta məxsus yeni sayt istifadəyə verildi

657

Sumqayıt şəhər Səməd Vurğun adına Mərkəzi Kitabxananın www.sumlib.az ünvanlı rəsmi saytı istifadəyə verilib. İstifadəçilər sayta daxil olmaqla Sumqayıt şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemi ilə bağlı materiallar əldə etmək, keçirilən tədbirlər haqqında məlumat almaq, tarixi hadisələr və görkəmli şəxsiyyətlərlə bağlı hazırlanmış metodik və biblioqrafik vəsaitlərdən, eyni zamanda “Elektron kataloq” və “Elektron kitabxana” vasitəsilə kitabxana fondunda olan ədəbiyyatlardan istifadə imkanı qazanacaqlar.

Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi Kitabxana 1958-ci ildən fəaliyyət göstərir. Kitabxananın nəzdində 6 şöbə fəaliyyət göstərir. Fondu 145 min nüsxə, oxucusu 5500 nəfər, kitab verilişi 169 min nüsxədir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər