Sumqayıt şagirdləri Prezidentə məktub yazdı - "Atdığınız hər bir addımı dəstəkləyirik"

1488

Prezident İlham Əliyevin koronavirus infeksiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması, insanların sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı verdiyi qərarlarla əlaqədar ölkənin bütün bölgələrindən vətəndaşlar, eləcə də xaricdə yaşayan soydaşlarımız dövlət başçısına məktublar yazırlar. 

sumqayitxeber.com Prezidentin saytına istinadla Sumqayıtdan ünvanlanmış məktubların bir qismini təqdim edir:

Möhtərəm cənab Prezident.

Mənim 14 yaşım var. Mən Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanın 8-ci sinfində təhsil alıram. Mən fəxr edirəm ki, Sizin kimi dünya arenasında öz sözünü deyə bilən Prezidentim var. Hazırda bütün dünya koronavirus pandemiyası ilə mübarizə aparır. Sizin uzaqgörən siyasətiniz və çevik, təxirəsalınmaz qərarlarınız sayəsində ölkəmiz bu virusla mübarizədən qalib ayrılmaq üzrədir. Bu virusla mübarizənin qarşısının alınması üçün atdığınız hər bir addımla qürur duyuruq. Yeni xəstəxanalar, qoruyucu maska və qoruyucu geyimlərin istehsalı müəssisələrinin açılışı Sizin xalqın qayğısına qalmağınızın bariz nümunəsidir. Siz bu çətin məqamda daim xalqın yanında oldunuz və bu virusla mübarizənin daha da iri miqyasda aparılmasına öz tövhənizi verdiniz. Biz də bir vətəndaş, şagird olaraq öz üzərimizə düşən vəzifəni yerinə yetiririk. “Evdə qal” çağırışına uyğun olaraq təhsilimizi evdən onlayn şəkildə davam etdiririk. Evdən çölə çıxmırıq. Biz Sizinlə fəxr edirik. Biz Azərbaycanın çiçəklənməsinə, inkişafına, sağlam böyüməyimizə görə atdığınız hər bir addımı dəstəkləyirik və daim Sizin yanınızdayıq. Azərbaycan Sizinlə fəxr edir, Sizdən ilham alır və qürur duyur. Biz, Azərbaycana göstərdiyiniz qayğı və diqqətə görə Sizə minnətdarıq. Mən ailəmizin və təhsil aldığım Təbiət Elmləri Təmayüllü Gimnaziyanın kollektivi adından Sizə təşəkkür edirəm.

Hörmətlə,

Məmmədzadə Nəzrin.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.

***

Hörmətli cənab Prezident.

Koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması istiqamətində atdığınız qətiyyətli addımlara, göstərdiyiniz diqqət və qayğıya görə öz adımdan və ailəmin adından Sizə dərin minnətdarlığımı bildirirəm. Açılışında iştirak etdiyiniz “Yeni klinika” tibb müəssisəsini pandemiya ilə mübarizə məqsədilə xalqımızın xidmətinə verməyiniz əhalinin sağlamlığının qorunmasına yüksək diqqət göstərməyinizin bariz nümunəsidir. İnsanların sağlamlığının qorunması məqsədilə bir çox sahələrdə, o cümlədən tədrisin onlayn şəkildə evdən həyata keçirilməsinə şərait yaradılıb. Bu təşəbbüs də dövlət tərəfindən irəli sürüldü. Ölkəmizi müxtəlif təhdidlərdən qoruyan, onun davamlı və böyük uğurlar əldə etməsinə imkan yaradan mühüm səbəblərdən biri məhz Liderlə xalq arasında olan bağlılıqdır. Allah Sizi və xalqımızı qorusun. Biz birlikdə güclüyük.

Hörmətlə,

İsmayılzadə Rəvan, Təbiət Elmləri Təmayüllü Gimnaziyanın şagirdi.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.

***

Möhtərəm cənab Prezident.

Mən 8-ci sinif şagirdiyəm. Məktəbimiz Azərbaycanın öndə gedən təhsil ocaqlarındandır və bunda Sizin payınız böyükdür. İndiki vəziyyətə görə dərslərimizə evdən- “Dərs vaxtı” layihəsindən, onlayn dərslərdən və “Virtual məktəb” proqramından davam edirik. Buna görə də, cənab Prezidentimiz, Sizə çox təşəkkür edirik. Dünyanı sarsan COVID-19 pandemiyası dövründə ölkəmizin əhalisinin sağlamlığının qorunması, xalqımızın bu bəladan daha az itkilərlə xilas olması üçün gördüyünüz mühüm işlər göz önündədir. Qısa müddət ərzində yeni modul tipli xəstəxanaların tikilməsi, tibbi maska və geyim istehsalı müəssisəsinin istifadəyə verilməsi və etdiyiniz bir sıra başqa tədbirlər Sizin xalqa olan sevginizin və uzaqgörən siyasətinizin nəticəsidir ki, dünyada geniş yayılan bu xəstəliyin ölkəmizdə də bu cür sürətlə yayılmasının qarşısına böyük sədd çəkdi. Mən də məktəbli və bir həkim qızı olaraq Sizin Sərəncamlarınız, tapşırıqlarınız və çağırışlarınıza diqqətlə qulaq asır və layiqincə yerinə yetirməyə çalışıram. Ümid edirəm ki, bu pandemiya tezliklə başa çatar və bütün çətinliklərdən olduğu kimi, bu çətinliyin də öhdəsindən gələrik. Xalqımız Sizi çox sevir və Sizin xarici və daxili siyasətinizə çox güvənir. Hər çətin günümüzdə bizim – Azərbaycan xalqının yanında olduğunuz üçün Sizə təşəkkür edir, işlərinizdə uğurlar, sağlam və işıqlı həyat yolu arzulayırıq.

Hörmətlə,

Hümbətli Nərmin, Təbiət Elmləri Təmayüllü Gimnaziyanın şagirdi.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.

***

Möhtərəm cənab Prezident.

Bütün dünyanı çalxalayan koronavirus pandemiyasının ölkəmizi təsirləri Sizin sayənizdə minimum səviyyəyə endirildi. Yürütdüyünüz mükəmməl daxili və xarici siyasətin nəticəsidir ki, bu dövrdə digər başqa ölkələrdə baş verən böhran vəziyyəti ilə üzləşmədik. Bu çətin sınaq göstərdi ki, Azərbaycanın maliyyə dayaqları və infrastukturu dayanıqlıdır. Biz buna Sizin rəhbərliyiniz altında uzun illər görülən məqsədyönlü işlərin, çəkilən zəhmətin sayəsində nail olmuşuq. İnanırıq ki, bu yolu uğurla davam etdirəcəyik.

Bütün bunlar üçün Sizə minnətdarıq.

Hörmətlə,

Səfərli Aişə Zəfər qızı.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.-

***

Hörmətli cənab Prezident.

Dünyanı ağuşuna alan COVID-19 virusu hər kəsi qorxutdu. Azərbaycan hazırda yoluxma və sağalma sayına görə dünyada ən qabaqcıl ölkələrdən biridir. Bunlar hamısı Sizin sayənizdədir. Vəziyyətin çox ciddi olmasına rəğmən, Siz xalqımızı ruhdan düşməyə qoymadınız. Daim irəli addımladınız və bütün xalqımızla birlikdə layiqli mübarizə aparırsınız. Sizin siyasi və təşkilatçılıq bacarığınız sayəsində minlərlə Azərbaycan vətəndaşının həyatı xilas edildi.

Bir hərbçi qızı olaraq Sizə dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm. Mən həmişə fəxr edirəm ki, Vətənimin Sizin kimi rəhbəri var. Çox sağ olun ki, bu çətin günlərdə xalqımızın yanında oldunuz. Sizə minnətdaram.

Hörmətlə,

Ömürova Səbinə Qəfər qızı, 8-ci sinif şagirdi.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.

***

Hörmətli cənab Prezident.

Siz xalqının dəyərini, ölkəsinin qiymətini bilən və layiqincə dəyərləndirən bir lidersiniz.

Mən 9-cu sinif şagirdiyəm. Həkim olmaq istəyirəm. Bilirəm ki, bunun üçün yaxşı oxumalıyam. Koronavirus pandemiyasının qarşısının alınması ilə bağlı keçirilən tədbirlər çərçivəsində məktəblər bağlandı və biz dərslərdə iştirak edə bilmədik. Amma biz dərslərdən geri qalmadıq.

Sizin sayənizdə onlayn dərslər və “Virtual məktəb” layihəsi həyata keçirildi. Siz xalqımızı daim düşünürsünüz. Pandemiyanın qarşısının alınması üçün bütün tədbirləri görürsünüz. Mehriban xanım da Sizinlə birlikdə bizim qayğımıza qalır.

Bu gün doğma Azərbaycanımız dünyaya günəş kimi işıq saçan incidir. Doğma yurdumuz Sizin sayənizdə gündən-günə inkişaf edir.

Allah Sizi və ailənizi qorusun. Biz fəxr edirik ki, Sizin kimi dövlət başçımız var.

Hörmətlə,

İsrafilova Günay İsrafil qızı.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.

***

Çox hörmətli cənab Prezident.

Mən Türkiyədə oxuyan tələbəyəm. Sizinlə fəxr edirəm. Sizin xalqımız, dövlətimiz yolunda çəkdiyiniz zəhməti görürəm və yüksək qiymətləndirirəm. Koronavirusa qarşı gördüyünüz qabaqlayıcı tədbirlər sayəsində ölkəmizdə ölüm halları çox aşağıdır. Tikdirdiyiniz xəstəxanalarla insanların sağlamlığına önəm verdiyinizi bir daha sübut edirsiniz. Fəxr edirəm ki, azərbaycanlıyam.

Virusla əlaqədar biz tələbələrin ölkəmizə qayıtması üçün təşkil edilən çarter reysinə görə çox sağ olun. Nə yaxşı ki, varsınız və hər zaman var olun!

Hörmətlə,

Qarayeva Sevcan Tələt qızı.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər