Sumqayıtda 16 nəfəri gün vurub

575

Sumqayıtda 16 nəfəri gün vurub.

Yay mövsümündə havanın və xüsusilə də dəniz suyunun hərarətinin yüksək olması çimərliklərə gedən insanların sayının artmasına gətirib çıxarır. Günün çox hissəsini qızmar günəş altında çimərlikdə keçirmə, uzun müddət fasiləsiz işlə məşğul olma, yürüşlər etmə insanları gün və isti vurma kimi real təhlükələrlə üzləşdirir. Əhalinin belə təhlükələrdən müdafiəsi məqsədilə məlumatlandırma işinin genişləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Gün və isti vurma halları – insan orqanizminin həddindən artıq qızması nəticəsində baş verir.

Bu cür hallara ən çox uşaqlar, artıq çəkili insanlar, ürək-damar və endokrin (daxili ifrazat) xəstəliklərindən əziyyət çəkənlər məruz qalır. Son zamanlar günəş ildən-ilə daha çox ultrabənövşəyi şüalar saçdığına görə gün və isti vurma faktları geniş vüsət alıb.

Xəsarət alanı dərhal təmiz havaya, kölgəyə, sərin və normal ventilyasiya olan yerə çıxartmaq, paltarının yaxasını açmaq, yaxşısı isə belə qədər soyundurmaq və başı azca qaldırılmış vəziyyətdə kürəyi üstə uzatmaq lazımdır.
Başının üstünə soyuq kompress (müalicə məqsədilə ağrıyan yerə qoyulan yaş sarğı) qoymaq, bədənini yaş mələfəyə bükmək və yaxud soyuq su vurmaq (çiləmək), çoxlu sərin su vermək lazımdır. Əgər bədən temperaturu 38,5 Ç-dən aşağı olarsa, fiziki soyutma dayandırılır. Əgər qıcolma baş verərsə vena daxili relanium və ya natrioksibutirat köçürülür. Həmçinin infuzion terapiya ( duz məhlulları) aparılır. Hemodinamikanı bərpa etmək məqsədi ilə qlükokortikoidlərdən (120-150 mq prednizalon) istifadə edilir. Əgər xəstədə qan dövranı və tənəffüs bərpa olunmursa traxeya intubasiyası aparılır və xəstə süni tənəffüs aparatına qoşulur.

Sumqayıt şəhərində 2023-cü il iyul ayında 16 nəfər günvurma və istivurma ilə TƏBİB-in tabeliyindəki Sumqayıt Tibb Mərkəzinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət edib. 15 nəfər Sumqayıt ərazisindən, 1 nəfər Novxanı kəndi ərazisindən müraciət daxil olub. Onlardan 8-i qadın, 8-i kişi, 10 nəfəri böyük, 6-sı uşaq olub. Xəstələrə lazımi tibbi yardım göstərilib.

Müraciət edən böyüklərdən 5 nəfəri Sumqayıt Tibb Mərkəzinin Təcili Yardım Xəstəxanasına hospitalizasiya olunub. Uşaqlardan biri Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasına, digəri isə Novxanı bağlarındakı təcili yardım briqadası tərəfindən Bakı şəhər 2 saylı Uşaq xəstəxanasına hospitalizasiya olunub.

Son günlərdə isə 1 nəfər uşağı günvurması ilə bağlı Sumqayıt Tibb Mərkəzinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət olunub. Lazımi tibbi yardım göstərilib.

Şəhər əhalisinə məsləhət görülür ki, günəş şüasının intensiv vaxtlarında yəni 14:00-dan 16:00-dək gün altına çıxmasınlar, yüngül geyimlərdən istifadə etsinlər, bol meyvə tərəvəzlər , sərin şirələr və maye qəbul etsinlər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər