Sumqayıtda 20 avtomobildən oğurluq edən şəxs saxlanıldı

1064

Sumqayıtda avtomobillərdən silsilə oğurluq edən şəxs saxlanılıb.

“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı vətəndaşlara məxsus avtomobillərdən oğurluq edən 31 yaşlı Asif Feyziyev tutulub.

Onun ətrafında aparılan araşdırma zamanı məlum olub ki, saxlanılan şəxs şəhərin müxtəlif ərazilərində ümumilikdə 20 avtomobili qarət edib. A.Feyziyev avtomobillərin yan şüşələrini sındıraraq, oradan pul, maqnitofon, vətəndaşlara məxsus geyim əşyaları, fleşkartlar və qiymətli əşyalar aparıb. O, oğurladığı əşyaları müxtəlif şəxslərə satıb.

Qeyd edək ki, istintaqa cəlb olunan A.Feyziyev əvvəllər də iki dəfə məhkumluq həyatı yaşayıb.

Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər