Sumqayıtda 263 yaşayış binasına istilik verildi – RƏSMİ AÇIQLAMA

437

Həmişəki kimi, payız mövsümi başlayandan əhalinin istilik məsələləri ilə bağlı narahatlıq və qayğıları da artır.

Sumqayıtın ən böyük problemlərindən biri də yaşayış binalarının əksəriyyətinin istilik sistemi ilə təchiz olunmamasıdır. Adəti üzrə hər ilin bu günündə – 15 noyabr tarixində qazanxanalar işə salınmalı və istilik sistemləri fəaliyyətə başlamalıdır.

Mövzunun aktuallığını nəzərə alaraq “Azəristiliktəchizat” ASC-nin “Sumqayıtistiliktəchizat” İdarəsi ilə əlaqə saxladıq. İdarədən bildirilib ki, bu ildən Stansiya Sumqayıtda salınmış şəhərciyin istilik sistemi də Sumqayıta verilib və bununla birlikdə ümumi olaraq şəhər üzrə 25 qazanxana fəaliyyət göstərməlidir: “21 və 16 saylı məktəblərin daxilində Təhsil Nazirliyi tərəfindən istilik sistemində təmir işləri getdiyi üçün həmin məktəb binaları istisna olmaqla, 23 qazanxana bu gündən fəaliyyətə başlayıb. Sumqayıt şəhərində 263 yaşayış binası, 31 məktəb, 18 səhiyyə müəssisəsi, və digər inzibati bina, Stansiya Sumqayıt şəhərciyində isə 24 yaşayış binası istilik ilə təmin olunub. Gün ərzində qazın təzyiqi artdıqca istiliyin dərəcəsi də artırılacaq.”  xeberle.com

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər