Sumqayıtda 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib – FOTO

776

Sumqayıt şəhər Bayraq Muzeyində 28 May – Müstəqillik Gününə həsr olunmuş “Azərbaycançılıq, dövlətçilik, vətənpərvərlik”adlı tədbir keçirilib.

Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının birinci müavini Teymur Səmədov, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavini Ülviyyə Müzəffərova, millət vəkili Müşfiq Məmmədli, Sumqayıt Dövlət Universitetinin Tarix və onun tədrisi metodikası kafedrasının müdiri Sona Məhərrəmova, “Sumqayıt Tibb Mərkəzi” Publik hüquqi şəxsin direktoru Səkinə Sadıxova və şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib.

Öncə tədbir iştirakçıları müstəqilliyimizin əldə olunması və ərazi bütövlüyümüz uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edib.

Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının birinci müavini Teymur Səmədov, millət vəkili Müşfiq Məmmədli və Sumqayıt Dövlət Universitetinin dosenti Sona Məhərrəmova mövzu ətrafında çıxış ediblər.

Daha sonra tədbir iştirakçıları Bayraq Muzeyində sərgilənən eksponantlarla tanış olublar.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər