Sumqayıtda “40-cı qapı”nın premyerası oldu

791

Bu günlərdə “Azərikimya” İB kimyaçıları Elçin Musaoğlunun “40-cı qapı” filminin Sumqayıt premyerası ilə sevindirmişdir.

Qeyd edək ki, “40-cı qapı” filmi dünyanın 30 ölkəsində nümayiş etdirilmiş və 14 müxtəlif mükafat və diploma layiq görülmüşdür.

Ötən əsrin 90-cı illərinin əvvəllərinin sosial və psixoloji gərginliklərini və bu gərginliklərdən doğan problemlərin törətdiyi fəsadları gündəmə gətirən ekran əsəri Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “RİTM PRODUCTİON” tərəfindən həyata vəsiqə almışdır.

1000-ə yaxın kimyaçının izlədiyi filmdən öncə əməkdar artistlər Gülyaz və Gülyanaq Məmmədova bacıları, “Xan” və H.O.S.T. qrupunun üzvlərinin iştirakı ilə konsert proqramı təqdim edilmiş, filmin yaradıcı heyəti ilə tamaşaçıların canlı ünsiyyəti yaradılmış və filmin qazandığı uğurları əks etdirən video-çarx təqdim olunmuşdur.

Yaradıcı heyət onlara yaradılan bu şəraitə görə “Azərikimya” İB-nin rəhbərliyinə dərin minnətdarlıqlarını bildirmişdir. Sonda “40-cı qapı” filmi geniş ekranda nümayiş etdirilmişdir.

 Rafiq Oday, Rasim Zamanov (foto)

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər