Azərbaycanın Sumqayıt şəhərində 5 yaşlı uşaq su hovuzunda boğularaq ölüb. Bu barədə APA-ya Sumqayıt şəhər Polis İdarəsindən məlumat verilib.
Hadisə Corat bağlarında baş verib. Qohumlarına qonaq gələn, 2004-cü il təvəllüdlü Murad Salman oğlu Məmmədov hovuzda çimərkən boğularaq ölüb.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.