Sumqayıtda 500 metrlik strateji əhəmiyyətli rabitə kabeli oğurlandı

1398

Sumqayıt şəhərindən 500 metrlik strateji əhəmiyyətli rabitə kabelini kəsərək oğurlayan şəxs saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Belə ki, Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən keçən şəhər telefon qovşağına məxsus strateji əhəmiyyətli rabitə kabelləri kəsilərək naməlum şəraitdə oğurlanıb. Bu barədə Sumqayıt şəhər Polis idarəsinə məlumat daxil olan kimi dərhal araşdırmalara başlanılıb.

Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtyarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş H.Z.Tağıyev qəsəbəsinin sakini Nicat Heydərov saxlanılıb. Araşdırma zamanı saxlanılan şəxsin telefon qovşağına məxsus quyulardan ayrı-ayrı vaxtlarda ümumilikdə 500 metr kabeli oğurladığı daha sonra yandıraraq mis halında əlvan metal qəbulu məntəqələrinə satdığı məlum olub. Qeyd edək ki, N.Heydərov bir müddət əvvəl yaşadığı qəsəbənin ərazisində rabitə quyularında yeni kommunikasiya xətlərinin çəkildiyini müşahidə edib. O, ifadəsində elə həmin vaxtdan kabelləri oğurlamaq fikrinə düşdüyünü bildirib.

Faktla bağlı Sumqayıt şəhər Polis idarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər