Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən Qurban bayramı münasibəti ilə Sumqayıt şəhərində beş mindən çox ailəyə bayram sovqatı paylanılıb.
Şəhərin mikrorayon və məhəllələrində bayram mərasimləri təşkil olunub, qurban əti paylanıb. Bu məqsədlə bir neçə min baş heyvan kəsilib və şəhid ailələrinə, Qarabağ müharibəsi və Çernobıl qəzası əlillərinə, habelə aztəminatlı məcburi köçkün ailələrinə və tənha qocalara paylanıb.