Sumqayıtda 7 direktor vəzifəsi vakantdır

2651

Bakı şəhərindəki ümumi təhsil müəssisələrində 35 direktor vəzifəsi vakantdır.

Modern.az-ın məlumatına görə, həmin vakant yerlər daha çox Bakıətrafı məktəblərdədir.

Bakı ölkə üzrə ən çox sayda vakant direktor vəzifəsi olan ərazidir.

Ölkənin iri şəhərlərindən olan Sumqayıtda 7, Gəncədə 4, Abşeron rayonunda 3 məktəb direktoruna ehtiyac var.

Cəlilabadda vakant direktor vəzifələrinin sayı 20, Xaçmazda 20, Qubada 19, Ağdaşda 18, Kürdəmirdə 17, Şamaxıda 16, Goranboyda 15-dır.

Lənkəranda 14, Laçında 14, Ağdamda 13, Beyləqanda 13, Qobustanda 11, Masallıda 11, Şabranda 9, İmişlidə 9 məktəb direktoru vəzifəsi vakant elan edilib.

Qeyd edək ki, ölkə üzrə ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu üzrə müsabiqəyə elektron sənəd qəbuluna başlanılıb.

Ümumilikdə ölkə üzrə ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu müsabiqəsinə 623 vakant yer çıxarılıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər