Sumqayıtda 78 ədəd akkumulyator oğurlayan şəxs tutulub

796

Sumqayıt şəhərində şirkətlərin birindən 78 ədəd akkumulyatoru oğurlayan şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, aprelin 17-də “SN Telekom” MMC-yə məxsus 78 ədəd akkumulyatoru oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş E.Ağacanov Sumqayıt Şəhər Polis İdarəsi 1-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Faktla bağlı Sumqayıt Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər