SUMQAYITDA 80 YAŞLI YUBİLYAR TƏBRİK EDİLDİ – FOTO

3447

Sumqayıt şəhərində səhiyyənin inkişafında  böyük xidmətləri olan Qəhrəmanov Vaqif İmran oğlu 80 illik yubileyi münasibəti ilə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun sərəncamı ilə fəxri fərmanla təltif olunub.

Qəhrəmanov Vaqif İmran oğlu 25.08.1940-cı ildə Fizuli rayonunda anadan olub. 1964-cü ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun “pediatriya” fakultəsini bitirib. 1964-1968-ci ilə qədər təyinatla Türkmənistan SSR-nin Taxta rayonunda həkim vəzifəsində işləyib. 1967-ci ildə Türkmənistan SSR-nin Tibb İnstitutunda “cərrah” ixtisası üzrə kurs keçib. 1968-1970-ci illərdə Azərbaycan Respublikası Sumqayıt şəhəri 1 saylı birləşmiş xəstəxanada həkim cərrah vəzifəsində, 1970-1975-ci illərdə “Azərbaycan Boruyayma Zavodu”nun Tibb Sanitar Hissəsində baş həkim vəzifəsində işləmişdir. 1975-1981-ci illərdə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasında həkim cərrah vəzifəsində işləmişdir.

Vaqif Qəhrəmanov 1981-1992-ci illərdə Sumqayıt şəhər Səhiyyə şöbəsinin müdiri vəzifəsində işləmişdir. 1992-1993-cü illərdə isə Sumqayıt şəhər 1 saylı xəstəxananın baş həkimi işləmişdir. 1993—1995-ci illərdə yenidən Sumqayıt şəhər Səhiyyə şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 1995-1998-ci illərdə Sumqayıt 2 saylı şəhər xəstəxanasında həkim cərrah və şöbə müdiri vəzifələrində də fəaliyyət göstərib.

1998-2005-ci illərdə Sumqayıt Bərpa Müalicə Xəstəxanasında həkim cərrah vəzifəsində işləmişdir. 07 dekabr 2005-ci ildən 2015-ci ilə kimi Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasının baş həkimi vəzifəsində işləyib. Hazırda Sumqayıt şəhər 3 saylı xəstəxanada həkim-cərrah kimi fəaliyyətini davam etdirir.

Vaqif Qəhrəmanov 6 elmi məqalənin və 1 ixtiranın müəlifidir.

2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Sərəncamına əsasən şəhərin sosial-iqtisadi inkişafında xidmətinə görə Qəhrəmanov Vaqif İmran oğlu “Şöhrət” Ordeni ilə təltif olunmuşdur.

İşlədiyi müddət ərzində vaqif Qəhrəmanov tutduğu vəzifə borcunu vicdanla yerinə yetirmiş, səhiyyə sistemində və şəhər səviyyəsində ictimai işlərdə yaxından və fəal iştirak etərək, kollektivin və şəhər ictimaiyyətinin dərin hörmətini qazanmışdır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər