Sumqayıtda 9 ayda 11 %-dən çox iqtisadi artım olub

1011

Bu ilin yanvar-sentyabr aylarında Sumqayıtda 4 milyard 80 milyon manat dəyərində ümumi daxili məhsul istehsal olunub.

Bu barədə “Report”un yerli bürosuna Sumqayıt şəhər İcra Hakimiyyətindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,3 % çoxdur.

9 aylıq məhsul istehsalının 3 milyard 434,7 milyon manatlıq hissəsi sənaye sektorunun payına düşüb. Bu isə 1 il əvvələ nisbətən 11,4 % çoxdur.

Hesabat dövründə Sumqayıtda əsas kapitala 200 milyon manat vəsait qoyulub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər