Sumqayıtda 9 May – Qələbə günü münasibətilə tədbir keçirilib

1024

Bu gün Sumqayıtda yerləşən Qələbə abidəsinin qarşısında 1941-1945-ci illər Böyük Vətən Müharibəsi zamanı faşizm üzərində qələbənin 65 illik yubileyi münasibətilə mərasim keçirilib. Tədbirdə şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Əliyev, Böyük Vətən müharibəsi iştirakçıları və şəhərin idarə, müəssisə və təşkilat rəhbərləri iştirak edib. İlk olaraq abidə önünə əklil qoyulub.

Daha sonra çıxış edən şəhər İcra hakimiyyətinin başçısı Vaqif Əliyev 1941-1945-ci illərdə 600 mindən çox azərbaycanlı oğlan və qızların cəbhədə olduqlarını, onlardan 130-a yaxını göstərdiyi şücaətə görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldüyünü, 30 nəfərin “Şərəf” ordeni, 170 min azərbaycanlı əskər və zabitlərin SSRİ-nin müxtəlif orden və medalları ilə təltif edildiklərini qeyd edib. O, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildən 9 mayın Azərbaycanda yenidən Qələbə günü kimi rəsmiləşdirildiyini və dövlət bayramları sırasına daxil edildiyini bildirib. 2003-cü ildən bu siyasəti davam etdirən Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Böyük Vətən müharibəsi veteranlarına yüksək diqqət və qayğı ilə yanaşmasından danışan V.Əliyev, onların sosial müdafiəsinin gücləndirilməsi, xatirəsinin əbədiləşdirilməsi istiqamətində ardıcıl addımlar atıldığını qeyd edib. Onun sözlərinə görə, Dövlət başçısının sərəncamı ilə faşizm üzərində qələbənin ildönümü hər il respublikamızda yüksək səviyyədə qeyd olunur. Prezident İlham Əliyevin son illərdə imzaladığı sərəncamlarla Böyük Vətən müharibəsi veteranlarının sosial müdafiəsi tədbirləri əhəmiyyətli dərəcədə gücləndirilmiş, müharibə iştirakçılarına və onların yaxınlarına birdəfəlik yardımların verilməsi ənənə halını almışdır.

Tədbirdə şəhər məktəblilərinin “Şahin” komandalarının sıra baxışı olub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər