Sumqayıtda ABAD mərkəzləri ilə bağlı maarifləndirmə işləri aparılıb

1324

Azərbaycan Respublikas ıregionlarının  2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq Sumqayıt şəhərində “ABAD” mərkəzlər şəbəkəsinin genişləndirilməsi və iri şirkətlər tərəfindən ailə təsərrüfatlarının dəstəklənməsinin təşviqi istiqamətində işlər davam etdirilir. Sumqayıtlı ABAD-çıların məhsulları Respublikanın müxtəlif yerlərində təqdim olunur. İri şirkətlər tərəfindən ailə təsərrüfatlarının dəstəklənməsi təşviq olunur.

Məhsullarının ABAD mərkəzlər vasitəsilə satışının təşkili məqsədilə Sumqayıt şəhər sakinləri Cəfərov İntiqam Şahvələd oğlu və Əhmədov Tofiq Ağamirzə oğlunun əl işlərinə baxış keçirilib, Şəhər İcrahakimiyyəti başçısı aparatının İstehsal və xidmət sahələri sektorunun müdiri Araz Fərhadov tərəfindən vətəndaşların ABAD mərkəzlərlə əlaqə yarada bilməsi üçün (abad.gov.az səhifəsi barədə)maarifləndirilmə işləri aparılıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər