Sumqayıtda ağacəkmə aksiyası – BİR GÜNDƏ 5 MİN AĞAC ƏKİLDİ

576

Dekabrın 3-də Sumqayıtda ağacəkmə aksiyası keçirilib. Bakı- Sumqayıt magistral yolunun 28-ci kilometrliyində təşkil olunan ağacəkmə aksiyasında şəhər ictimaiyyəti böyük fəallıq nümayiş etdirib.

Aksiya zamanı ümumi sayı 5 mindən çox olan sərv, çinar, zeytun, şam və tut ağacları əkilib. Eyni zamanda, əkilən ağaclara xüsusi qulluq göstərilib.

Sumqayıt Şəhər İcra Hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, aksiyanın keçirilməsində məqsəd ətraf mühitin qorunmasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək, insanların diqqətini yaşıllıqların qorunmasına yönəltməkdir.

Bu cür ağacəkmə aksiyalarının təşkili şəhər sakinlərini ekoloji problemlərə qarşı mübarizədə birgə fəaliyyətə səsləyir. 2016-cı il ərzində şəhərin ayrı-ayrı ərazilərində 160 mindən çox müxtəlif növ ağac, 2 milyona yaxın mövsümi gül əkilib, eləcə də 500 min kvadratmetr əraziyə qazon örtüyü salınıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər