Sumqayıtda ağacəkmə aksiyası keçirilib

530

18 noyabr 2023-cü il tarixində YAP Sumqayıt şəhər təşkilatı tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.
Aksiyada deputat Müşfiq Məmmədli, YAP İdarə Heyətinin üzvü, Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov,  Sumqayıt şəhər İcra Hakimiyyətinin şöbə müdiri Gündüz Əliyev, Nəsimi adına Mədəniyyət və İstirahət parkının rəhbəri Sultan Əsədov, Vətən müharibəsi Şəhidlərinin və Qazilərin övladları, bir qrup Qazi, “Sumqayıt” Futbol Klubunun mütəxəssisləri və partiya fəalları iştirak edib.
Aksiya zamanı qeyd olunub ki, müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı, ulu öndər Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə ətraf mühitin mühafizəsinə, ekoloji vəziyyətin qorunmasına, yaşıllıqların və parkların salınmasına xüsusi diqqət yetirmişdir. Yeni Azərbaycan Partiyası da Ulu Öndərimiz tərəfindən qoyulan bu ənənəni layiqincə davam etdirməkdədir.
Qeyd edək ki, aksiya zamanı sözügedən ərazidə 300-dən çox çinar və şam ağacları əkilib, ərazidə olan ağaclara aqrotexniki qulluq göstərilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər