Sumqayıt Apellyasiya Məhkəməsində ağır yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Orxan Qəhrəmanlının apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
sumqayitxeber.com -un “Report”a istinadən məlumatına görə, hakim Fərmayıl Zeynalının sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.
Qərara əsasən, O.Qəhrəmalının apellyasiya şikayəti qismən təmin edilib və birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib. Belə ki, onun 6 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası 5 ilə endirib.
İttiham aktına əsasən, ötən il avqustun 12-də saat 16:00 radələrində Sumqayıt şəhərində Yardımlı rayon sakini, 1996-cı il təvəllüdlü O.Qəhrəmanlı idarə etdiyi “Hyundai” markalı avtomobili maneəyə vurub. Nəticədə sürücü və sərnişin Hüseyn Əsgərov xəstəxanaya yerləşdiriliblər. Daha sonra H.Əsgərov orada ölüb.
İstintaq araşdırması zamanı məlum olub ki, yol-nəqliyyat hadisəsinin törədilməsində O.Qəhrəmanlı günahkar olub. Onun sürət həddini aşması nəticəsində ağır yol-nəqliyyat hadisəsi törədilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə O.Qəhrəmanlı 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti verib. O, barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini istəyib.
Sumqayıtda ağır yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən şəxsin cəzası azaldılıb
•
680