Sumqayıtda ailə dəyərləri ilə bağlı tədbir təşkil olunub

525

Sumqayıt şəhər Icra Hakimiyyətinin təşkilatçılığı ilə “Ailə dəyərləri-uşaqdan böyüyə” adlı tədbir təşkil olunub.Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının inzibati binasında təşkil olunan tədbirdə öncə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Millət vəkili Müşfiq Məmmədlinin, Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının rəsmilərinin, idarə, müəssisə, təşkilat rəhbərlərinin və uşaq səfirlər məclisinin üzvlərinin iştirak etdiyi tədbirdə açılışı nitqi ilə çıxış edən Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavini Ülviyyə Müzəffərova qeyd edib ki, Ailə milli-mənəvi dəyərlərin təcəssümü, daşıyıcısıdır. Azərbaycanda dövlət ailə siyasətinin formalaşması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Milli-mənəvi dəyərləri xalqımızın ən böyük sərvəti hesab edən Ulu Öndərimiz bu dəyərlərin qorunmasının vacib olduğunu bütün çıxışlarında dəfələrlə qeyd edirdi. Ulu öndər Heydər Əliyevin ailə siyasəti Azərbaycanda bu gün də məqsədyönlü şəkildə həyata keçirilir. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva milli-mənəvi dəyərlərin qorunmasına böyük diqqət və qayğı göstərirlər. Prezident İlham Əliyev hər zaman qeyd edir ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun maraqları, rifahı durur. Bunun bariz nümunəsi hər il dövlətimizin başçısının imzaladığı fərman və sərəncamların 65 faizinin məhz sosialyönümlü olmasıdır. Dövlətimiz daim öz vətəndaşına qayğı ilə yanaşır və onun sosial problemlərinin həllini prioritet vəzifə kimi görür, bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirilir. Ölkəmizdə aparılan bu sosial və iqtisadi quruculuq işləri ailə institutunun möhkəmlənməsinə öz töhfəsini verir.

O da diqqətə çatdırılıb ki, son rəsmi məlumatlara əsasən ölkədə boşanmaların sayı ən yüksək həddə çatmışdır. Açıqlanan rəqəmlərə görə son 24 ildə daha çox biruşaqlı ailələr nikaha son qoyub. Boşanmaların səbəbləri müxtəlif olsa da, əsas amil kimi erkən nikahlar, məişət zorakılığı, gender bərabərsizliyi, qadınlara qarşı zorakılığı, sosial-iqtisadi durum göstərilir.

Təbii ki, ailə dəyərlərinin qorunmasında gender bərabərliyi xüsusi rol oynayır. Gender bərabərliyi isə qadınlara təhsil verilməsindən keçir. Çıxış edən millət vəkili Müşfiq Məmmədli, Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov, Sumqayıt şəhər polis idarəsinin yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili bölməsinin rəisi Azər Bağırov, Sumqayıt şəhər Veteranlar Şurasının sədri Sovet Şükürov və digərləri təşkil olunan tədbirin əhəmiyyətindən danışıblar. Tədbir diskussiya formasında davam etidirilib.
Uşaq hüquqlraının qorunması mövzusunda keçirilən anket sorğuda qalib olan 14 nömrəli tam orta məktəbin şagirdi Leyla Qəmbərovaya Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı Zakir Fərəcovun fəxri fərmanı təqdim olunub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər