27 Sentyabr – Anım Günü ilə bağlı Sumqayıt şəhərində silsilə tədbirlər keçirilib.
Gün ərzində şəhərin müxtəlif ərazilərində şəhidlərimizin xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib. Aksiyada üç minə yaxın ağac əkilib.
Aksiyada Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, millət vəkilləri, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhər ictimaiyyətinin nümayəndələri və könüllülər iştirak ediblər.