Sumqayıtda Aşura günü qanvermə aksiyası keçiriləcək

78

Aşura günü münasibətilə Sumqayıt şəhərində könüllü qanvermə aksiyası təşkil olunacaq.
Aksiya şəhərin “Cümə” məscidində keçiriləcək. Tədbir Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə reallaşdırılır.
Qeyd edək ki, bu il Aşura günü iyunun 25-nə təsadüf edir. Humanitar xarakter daşıyan aksiyanın əsas məqsədi qan ehtiyatlarının artırılmasına dəstək vermək, hemofiliya, talassemiya və digər xəstəliklərdən əziyyət çəkən insanların müalicəsinə töhfə verməkdir.
Aksiya çərçivəsində toplanacaq qan laborator müayinələrdən keçirildikdən sonra ehtiyacı olan xəstələrin müalicəsində istifadə olunacaq.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər