Sumqayıtda avtobus qəzasında yaralananların vəziyyəti açıqlandı

1315

Fevralın 21-də Sumqayıtda baş verən avtobus qəzasında xəsarət alanların son vəziyyəti açıqlanıb.

Səhiyyə Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, qəzadan sonra ümumilikdə 31 müraciət daxil olub.

“Onlardan yüngül xəsarətli və hadisə şoku ilə gələnlər də olub. İlkin yardımdan sonra 12 nəfər evə buraxılıb. Hazırda 19 nəfər Sumqayıt xəstəxanasında müalicəsini davam etdirir. Onlardan altısı reanimasiya, doqquzu travmatalogiya, dördü isə nevrocərrahiyə şöbəsinə yerləşdirilib. Vəziyyətləri orta ağır və yüngül dərəcəlidir”, – məlumatda qeyd edilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər