Sumqayıtda avtobuslarda “Wi-Fi” avadanlıqları quraşdırılacaq

1571

Sumqayıtda ictimai nəqliyyat sistemində yenilik olacaq.
Marşrut avtobuslarında ” Wi-Fi” avadanlıqları quraşdırılacaq. Pulsuz ” Wi-Fi” xidməti sərnişinlərin ixtiyarına veriləcək.
Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin rəisi Tofiq Saydumov  açıqlamasında bildirib ki, yeni avtobuslarda “Wi-Fi” avadanlıqlarının quraşdırılması istiqamətində müvafiq təşkilatlarla danışıqlar aparılır: “Yeni avtobuslara Wi-Fi avadanlıqlarının quraşdırılması barədə danışıqlar aparılır. Bütün proses bitdikdən sonra işlərə başlanılacaq. Lakin “Wi-Fi” avadanlıqlarının hansı marşrutlarda və neçə avtobusda quraşdırılacağı barədə qərar verilməyib.
Xatırladaq ki, Türkiyə istehsalı olan 206 ədəd sərnişin avtobusu gətirilərək Sumqayıtda marşrut xətlərinə buraxılıb. xeberle.com

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər