“Son dövrlər Sumqayıt şəhərində əhaliyə göstərilən nəqliyyat xidmətinin yaxşılaşdırılması məqsədi ilə 170 ədəd sərnişin avtobusu gətirilərək marşrut xətlərinə buraxılıb”.
sumqayitxeber.com xəbər verir ki, Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələri haqqında şəhər İcra hakimiyyətinin hesabat yığıncağında bildirilib ki, əlavə olaraq 40-a yaxın yeni avtobus gətiriləcək. Müasir tipli yeni dayanacaqların quraşdırılması işləri davam etdirilir.