Sumqayıtda avtomobil 86 yaşlı piyadanı vuraraq öldürüb

520

Sumqayıtda Azərbaycan prospektində avtomobil 86 yaşlı piyadanı vuraraq öldürüb.

“Report”un yerli bürosu xəbər verir ki, ölən şəxs 1937-ci il təvəllüdlü Mütəllimov Rəsul Nəcəf oğludur.

R.Mütəllimov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə yerinə Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları, təcili tibbi yardım stansiyasının briqadası cəlb olunub.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər