Sumqayıtda avtomobili ilə həmyaşıd olan sürücü – VİDEO

327

Sovet istehsalı olan “Qaz 21” Volqa maşını şəhər sakinlərinin diqqət mərkəzindədir. 1960-ci ildə istehsal olunan avtomobil hələ də saz vəziyyətdədir. Avtomobilin sahibi gənc yaşlarından belə maşınlara marağı olub. “Qaz 21” öz yaşıdı olan sahibini darda qoymayıb. Ehtiyat hissələrinin əksəriyyəti isə zavod istehsalı olan müddətdən bu yana dəyişilməyib. Bu avtomobil hətta ona pul da qazandırır. Retro avtomobilin sahibi 57 yaşlı Ərəstun Paşayev deyir ki, toy edənlər gəlin maşını üçün onun avtomobilini seçirlər. Maşında bir nasazlıq hiss edərsə, o özü ona əl gəzdirir. Deyir ki, bu avtomobilə yüksək məbləğ təklif edənlər də olub, amma Volqanı satmağı belə ağlından keçirməyib. Ərəstun Paşayev artıq bir neçə ildir ki, şəhid ailələri üçün pulsuz xidmət göstərir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər