Sumqayıtda avtomobilin vurduğu piyada 4 gün sonra xəstəxanada ölüb.
Xeberle.com-un məlumatına görə, iyunun 6-da şəhərin Sahil küçəsində 2005-ci il təvəllüdlü İlyasov Rəsul Arif oğlunu ” Mercedes” markalı avtomobil vurub.
16 yaşlı gənc ağır bədən xəsarətləri alaraq əvvəlcə Sumqayıtda xəstəxanaya yerləşdirilib. Daha sonra R. İlyasov vəziyyəti ağırlaşdığından Bakıda özəl klinikalardan birinə göndərilib.
Lakin həkimlərin səyinə baxmayaraq onu xilas etmək mümkün olmayıb və bu gün ölüb. Mərhumun meyiti müayinə olunmaq üçün aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.