Sumqayıtda Bədən Tərbiyəsi və İdman günü qeyd edildi

583

“05 Mart – Bədən Tərbiyəsi və İdman günü”
Sumqayıtda təntənəli qeyd edildi

04 mart 2021-ci il tarixində Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə “05 Mart – Bədən tərbiyəsi və idman günü” münasibəti ilə şəhərin idman təşkilatları, rəhbərləri, bədən tərbiyəsi və idman veteranları, Dünya və Avropa yarışlarının mükafatçıları, idman növləri üzrə baş məşqçilər, Əməkdar məşqçilərin iştirakı ilə tədbir keçirilmişdir.
Tədbir iştirakçıları ilk öncə Ümummilli Lider Heydər Əliyevin Sumqayıt şəhərindəki abidəsi önünə gül dəstələri qoymuş daha sonra şəhidlər xiyabanını ziyarət etmişlər.
Tədbiri giriş sözü ilə açan Sumqayıt şəhər İcra hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov bayram münasibəti ilə iştirakçıları təbrik etmiş, bədən tərbiyəsi və idman sahəsinə göstərilən diqqət və qayğıdan, Ulu Öndər Heydər Əliyevin idman sahəsində gördüyü əvəzsiz işlərdən və onun layiqli davamçısı olan, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bu siyasətin uğurla davam etdirilməsindən, idmançılarımızın iştirak etdiyi mötəbər yarışlardan, ölkəmizdə təşkil edilən Beynəlxalq miqyaslı tədbirlərdən, əldə etdiyi yüksək nailiyyətlərdən və bu nailiyyətlərin qazanılmasında Sumqayıt idmançılarının özünəməxsus payı olmasından danışdı.
Həmçinin əlamətdar gün münasibətilə bədən tərbiyəsi və idman sahəsində səmərəli fəaliyyətinə görə bir qrup idman ictimaiyyətinin nümayəndəsi Azərbaycan Respublikası Gənclər və İdman Nazrliyinin, şəhər İcra Hakimiyyətinin və Baş idarənin fəxri fərmanı ilə təltif olunmuşdur.
Daha sonra Zoom platforması üzərində davam edən tədbirdə iştirak edən Qərib Əliyev, Yaşar Hacıyev, Fuad Aslanov, Fatma Məmmədova, Hafiz Həmidov çıxış edərək idman sahəsində əldə olunmuş uğurlardan, həyata keçirilən ardıcıl tədbirlərdən, idmançılara göstərilən diqqət və qayğıdan, ölkəmizdə ən yüksək standartlara cavab verən mükəmməl idman infrastrukturundan danışaraq, idman sahəsində qarşıdakı illərdə daha böyük uğurların əldə olunacağına ümid etdiklərini qeyd edib, “05 Mart – Bədən tərbiyəsi və idman günü” münasibəti ilə bütün idman ictimaiyyətini təbrik etmişlər.
Eyni zamanda Gənclər və İdman Baş idarəsi tərəfindən 05 Mart – Bədən tərbiyəsi və idman günü” münasibəti ilə yeniyetmələr və gənclər arasında rəsm-sərgi müsabiqəsi təşkil olunmuşdur. Sərgiyə açıq hava şəraitində baxış keçirilmiş, qaliblər fəxri fərman və hədiyyələrlə mükafatlandırılmışdır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər