Sumqayıtda Beynəlxalq Əlillər günü ilə bağlı tədbir keçirilib

1205

sumqayitxeber.com sayti Sumqayıt şəhər İcra Hakimiyyətinə39sBu gün Sumqayıtda “3 Dekabr-Beynəlxalq Əlillər Günü” ilə bağlı tədbir keçirilib. Tədbir Sumqayıt şəhər icra hakimiyyətinin təşəbbüsü ilə baş tutub. Tədbirdə şəhər rəhbərliyinin nümayəndələri və 120 nəfər əlil iştirak edib. Tədbir zamanı Qarabağ müharibəsi əlillərindən ibarət paralimpiya voleybol komandasının üzvlərinə Respublika Voleybol Federasiyası tərəfindən pul mükafatı və eyni zamanda şəhər İcra hakimiyyətinin hədiyyələri təqdim edilib. Tədbirdə iştirak edən digər əlillərə isə Əlillərin Sosial Müdafiəsi Baş İdarəsinin 7 saylı Zona Şöbəsi tərəfindən maddi yardım göstərilib. Çıxış edənlər göstərilən diqqət və qayğıya görə şəhər rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər. Tədbir konsert proqramı ilə davam etdirilib.
Qeyd edək ki, Beynəlxalq Əlillər günü Rusiya Federasiyasının təşəbbüsü ilə 3 dekabr 1992-ci ildə BMT-nin Baş Assambleyasında qəbul edilib. Hər il 3 dekabr tarixində BMT-yə üzv olan ölkələrdə əlilliyi olan insanların cəmiyyətdəki mövqelərinin daha da möhkəmlənməsinə yönəlmiş tədbirlər təşkil olunur.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər