Sumqayıtda Beynəlxalq Əlillər Günü qeyd olundu – FOTOLAR

1195

Dekabrın 3- də Sumqayıtda Beynəlxalq Əlillər Günü qeyd olunub. Sumqayıt şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə Qarabağ və Əfqanıstan müharibələri, Çernobıl qəzasının əlilləri, həmçinin şəhərdə yaşayan əlil insanları öz ətrafında birləşdirən ictimai təşkilatların nümayəndələri iştirak ediblər.
Tədbirdə Sumqayıt Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Fərman Kazımov ölkəmizdə əlillərə göstərilən diqqət və qayğıdan danışıb. Bildirib ki, BMT tərəfindən təsis olunan və dekabrın 3-də bütün dünyada keçirilən Beynəlxalq Əlillər Günü ulu öndər Heydər Əliyevin müvafiq sərəncamına əsasən 1994-cü ildən Azərbaycanda da hər il qeyd edilir. Ölkəmizdə sosial qayğıya ehtiyacı olan bütün insanlar kimi, əlillər də daim dövlətimizin diqqət və qayğısı ilə əhatə olunurlar, onların bütün problemlərinin həlli üçün zəruri tədbirlər həyata keçirilir.
Vurğulanıb ki, Sumqayıt şəhərində də əlilliyi olan şəxslərə, sağlamlıq imkanı məhdud insanlara xüsusi diqqət və qayğı ilə yanaşılır.
Çıxış edənlər bildiriblər ki, şəhərdə şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün yaşayış binaları istifadəyə verilib.
Daha sonra çıxış edənlər göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildiriblər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər