Sumqayıtda “Bir könüllüdən min könüllüyə” adlı layihənin 2-ci seminarı keçirilib-FOTO

1295

20 fevral 2019-cu il tarixdə Sumqayıt Musiqi Kollecində ”Bir könüllüdən min könüllüyə” adlı layihənin 2-ci seminarı keçirilib.
Layihə Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi, ASAN Könüllülük Məktəbinin və ASAN Könüllüləri Təşkilatının təşkilatçılığı, ASAN Radionun informasiya dəstəyi ilə həyata keçirilir.
”Bir könüllüdən min könüllüyə” layihəsinin məqsədi ali və orta ixtisas təhsil müəssisələrində təhsil alan gənclər arasında könüllülük fəaliyyətinin təbliği və təşviqi, sosial xidmətlər sahəsində könüllü müraciətlərinin sayını və onların bu sahəyə marağını artırmaqdır.
Qeyd edək ki, tədbir 2 hissədən ibarət olub. Birinci hissədə Layihə rəhbəri Nərmin Cahangirova layihə barədə tələbələrə ətraflı məlumat vermiş, layihə spikeri Nurlan Səmədli könüllülüklə başlayan uğur hekayəsini kollecin tələbələri ilə bölüşmüşdür. 2-ci hissədə təlimçi Rəşad Məmmədov tələbələrə “Beynəlxalq Könüllülük proqramları və Azərbaycanda könüllülük hərəkatı” mövzusunda təlim keçmiş və tələbələri maraqlandıran sualları cavablandırmışdır. Sonda layihənin təşkilində fəallıq göstərən tələbələrə və layihə könüllülərinə sertifikatlar təqdim edilmişdir. 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər