Sumqayıt Sukanal İdarəsi şəhər ərazisində kanalizasiya sistemlərində yaranmış problemləri aradan qaldırılması istiqamətində işləri davam etdirir.
Görülən növbəti tədbirlər zamanı şəhərin 13-cü mikrorayon ev 25-in və 16-cı mikrorayon ev 1-in zirzəmilərində yığılmış su nasos vasitəsilə çəkilib.
Həmçinin binanın qarşısında kanalizasiya quyuları yuma maşını ilə yuyularaq çirkab tullantılarından təmizlənib.
Bununla yanaşı, şəhərin 5-ci mikrorayonda binaların qarşısındakı lyuklar ağac köklərindən təmizlənib, ev 10/ 5-in 6-cı girişində zirzəmidə PVC borularla təmir bərpa olunub.
Sumqayıtda bir neçə ərazidə kanalizasiya quyuları təmizlənib, zirzəmilərdə təmir işləri aparılıb
•
779