Sumqayıtda bir qrup əlilliyi olan şəxslərin növbəti gəzintisi təşkil olundu - FOTOLAR

1197
“Ülvi – aztəminatlılara dəstək” ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyə dəstəyi ilə icra etdiyi “Sağlamlıq imkanları məhdud olan şəxslərin cəmiyyətə inteqrasiyası və onların problemlərinin həllinə dəstək istiqamətində tədbirlərin təşkili” layihəsi çərçivəsində tədbirləri davam etdirir.
Layihədə təşkilatın qarşısına qoyduğu əsas məqsəd sağlamlıq imkanları məhdud şəxslərin problemlərini cəmiyyətin diqqətinə çatdırmaq, xüsusilə sərbəst hərəkət məhdudluğu olan uşaqların, əlillərin küçə və xiyabanlarda sərbəst hərəkəti, sosial, mədəni, inzibati, infrastruktur obyektlərinə sərbəst daxil olmaq imkanlarını araşdırmaq, həmçinin onların problemlərinin həllində cəmiyyətin dəstəyinə nail olmaq, sağlamlıq imkanları məhdud uşaqların təhsil almaq imkanları və vəziyyətini öyrənmək, bütövlükdə əlillərin, sağlamlıq imkanları məhdud şəxslərin cəmiyyətə və sosial həyata inteqrasiya olunmasına nail olmaqdır.
Layihənin əsas əsas fəaliyyətlərindən biri də əlillərin, sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyasına nail olmaq, eyni zamanda cəmiyyətin diqqətini də belə insanların sosial, mənəvi, psixoloji problemlərinə yönəltmək, onların ailələrinə diqqəti artırmaq məqsədi ilə bir qrup əlil və sağlamlıq imkanları məhdud uşaqların Sumqayıt şəhərinin park və xiyabanlarında gəzintisinin təşkili idi. İyulun 20 və 25-də belə gəzintilər təşkil olunmuşdu. Bu gün qrup əlil və sağlamlıq imkanlı məhdud olan uşağın Sumqayıt şəhərində Heydər Parkında, H.Əliyev prospektindəki xiyabanda gəzintisi təşkil olundu. Gəzinti zamanı onların bir-biri ilə, eləcə də şəhər sakinləri ilə təmas qurmasına, yaşıdlarına qaynayıb-qarışmasına şərait yaradıldı. Gəzinti zamanı çoxlu xatirə şəkilləri çəkildi.
Sonda isə H.Əliyev prospektindəki DƏF kafesində əlil və sağlamlıq imkanları məhdud uşaqlar üçün şam yeməyi və çay süfrəsi təşkil olundu.
Ümid edirik ki, belə tədbirlər cəmiyyətin diqqətini bir daha bu unsanlararın problemlərinin həll olunmasına və onların daha sıx şəkildə cəmiyyətə inteqrasiya olunması vacibliyinə yönəldəcək.

Qeyd edək ki, “Ülvi – aztəminatlılara dəstək” İctimai Birliyi 2007-ci ildə yaradılıb və 24 aprel 2007-ci ildə Ədliyyə Nazirliyində rəsmi dövlət qeydiyyatına alınıb. Birlik yarandığı vaxtdan müxtəlif mövzularda 10-dan artıq layihə icra edib.

Sumqayıtda bir qrup əlilliyi olan şəxslərin növbəti gəzintisi təşkil olundu - FOTOLAR

Sumqayıtda bir qrup əlilliyi olan şəxslərin növbəti gəzintisi təşkil olundu - FOTOLAR

Sumqayıtda bir qrup əlilliyi olan şəxslərin növbəti gəzintisi təşkil olundu - FOTOLAR

Sumqayıtda bir qrup əlilliyi olan şəxslərin növbəti gəzintisi təşkil olundu - FOTOLAR

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər