Sumqayıtda bu idarə yeni ünvanda fəaliyyət göstərəcək - FOTOLAR

6550

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Ekologiya və Təbii Sərvətlər İdarsinin yeni inzibati binasında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub. Şəhər rəhbərinə binada aparılan əsaslı təmir işləri haqqında ətraflı məlumat verilib. Bildirilib ki, burada idarə əməkdaşlarının səmərəli fəaliyyəti üçün hər cür şərait yaradılıb. Binanın ətrafında geniş abadlıq-quruculuq işləri aparılıb.

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov 4 saylı Ekologiya və Təbii Sərvətlər İdarsininin yeni inzibati binasında görülmüş işlərdən razılığını ifadə edib, müvafiq tapşırıq və tövsiyələrini verib.

Qeyd edək ki, ötən il Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun təşəbbüsü ilə Yeni Azərbaycan Partiyasının Sumqayıt şəhər təşkilatı üçün ən müasir standartlara cavab verən yeni inzibati bina tikilərək istifadəyə verilib, Sumqayıt Bələdiyyəsinin əvvəlki binasına köçürülməsi barədə qərar qəbul edilib. Sumqayıt Bələdiyyəsinin daha öncə yerləşdiyi bina isə təmirdən sonra 4 saylı Ekologiya və Təbii Sərvətlər İdarsinə verilib. 


www.sumqayitxeber.com

Kateqoriyalar:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər