Sumqayıtda bu məktəbə direktor təyinatı olub

1776

Tofiq İsmayılov adına Sumqayıt şəhər 29 nömrəli tam orta məktəbə yeni direktor təyin olunub.

Sumqayitxeber.com xəbər verir ki, Elm və təhsil naziri Emin Əmrullayev bu barədə əmr imzalayıb. Əmrə əsasən, bu vəzifəyə Humay Ramazanova təyin edilib.Humay Ramazanova bundan öncə Sumqayıt şəhər 43 nömrəli tam orta məktəbdə direktor işləyib.
Onu da bildirək ki,29 nömrəli tam orta məktəbin direktoru Vəfa Məmmədova isə Fatmayı kənd tam orta məktəbdə direktor işləyəcək.

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər