Tam (11 illik) orta təhsil səviyyəsi üzrə 15-16 aprel 2021-ci il tarixlərində keçirilən buraxılış imtahanların nəticələri elan olunub.
Sumqayıt şəhər Texniki və təbiət elmləri liseyinin şagirdi Məsimov Ruslan Rizvan oğlu maksimal bal-300 bal toplayıb.
Qeyd edək ki, imtahan iştirakçıları arasında 1 nəfər-Sumqayıt məktəblisi hər üç fənn üzrə bütün sualları düzgün cavablandırıb.
Xatırladaq ki, həmin şagird 2 il əvvəl 9-cu siniflərin buraxılış imtahanında da 296 bal toplamaqla yüksək nəticə göstərib.
Təbrik edirik!